97. əl-Qədr
"Qədr gecəsi" surəsi, 5 ayə,
Məkkədə nazil olub.
1-Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik!
2-Sən haradan biləsən ki, Qədr gecəsi nədir?
3-Qədr gecəsi min aydan xeyirlidir.
4-O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə (yerə) enirlər.
5-O gecə sübh açılanadək əmin-amanlıq olur.
