101. əl-Qariə
"Qorxuya salan" surəsi, 11 ayə,
Məkkədə nazil olub.
1-(Qəlbləri) Qorxuya salan!
2-(Qəlbləri) Qorxuya salan nədir?
3-Sən haradan biləsən ki, (qəlbləri) Qorxuya salan nədir?
4-O gün insanlar (ətrafa) səpələnmiş pərvanələr tək olacaqlar.
6-(O gün) kimin tərəziləri ağır gələrsə
7-xoşbəxt güzəran sürəcək.
8-Kimin tərəziləri yüngül gələrsə,
9-anası Haviyə olacaqdır.
10-Sən haradan biləsən ki, o nədir?
11-O, çox qızmar bir oddur!
