110. ən-Nəsr
"Kömək" surəsi, 3 ayə,
Mədinədə nazil olub.
1-Allahın köməyi və qələbə gəldiyi zaman,
2-insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə
3-həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!
