100. əl-Adiyat
"Çapanlar" surəsi, 11 ayə,
Məkkədə nazil olub.
1-And olsun tövşüyə-tövşüyə çapanlara!
2-And olsun (dırnaqları ilə) qığılcım çıxaranlara!
3-And olsun sübh çağı həmlə edənlərə ki,
4-hücuma keçib tozanaq qaldıraraq
6-Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur.
7-Özü də bunun şahididir.
8-Həqiqətən, o, var-dövlətə çox hərisdir.
9-Məgər o bilmir ki, qəbirlərdə olanlar çıxardılacağı
10-və kökslərdə olanlar aşkar ediləcəyi zaman –
11-məhz o gün Rəbbi onlardan xəbərdar olacaqdır?
