106. Qureyş
"Qureyş" surəsi, 4 ayə,
Məkkədə nazil olub.
1-Qureyşin birliyi xatirinə,
2-onların qış və yay səfərlərindəki birliyi xatirinə
3-qoy onlar bu Evin Rəbbinə ibadət etsinlər.
4-(Allah) onlara aclıqdan (sonra) yemək verdi və qorxudan (sonra) əmin-amanlıq bəxş etdi.
