95. ət-Tin
"Əncir" surəsi, 8 ayə,
Məkkədə nazil olub.
1-And olsun əncirə və zeytuna!
2-And olsun Sinay dağına!
3-And olsun bu təhlükəsiz şəhərə (Məkkəyə)!
4-Biz insanı ən gözəl surətdə yaratdıq!
6-İman gətirib xeyirxah işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafat hazırlanmışdır.
7-Bundan sonra dini yalanlamağa səni nə məcbur edir?
8-Məgər Allah hakimlərin ən üstünü deyilmi?
